Cəbhədən xəbər var

Mövqelərimiz atəşə tutulub…

Mövqelərimiz atəşə tutulub.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az