Əsaslı xərclər 1 milyard 250 milyon dollaradək artacaq…
Əsaslı xərclər 1 milyard 250 milyon dollaradək artacaq.
Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı əməliyyat işlərinə 50 milyon ABŞ dolları, əsaslı xərclərə isə 250 milyon dollar sərf olunub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “bp-Azərbaycan” şirkətindən verilən məlumata görə, 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir.
Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərə başlanması ilə əlaqədar 1 milyard 250 milyon dollaradək artacaq.
Ötən il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 13,4 milyon kubmetr qaz və ya gündə 81 min 600 barel neft ekvivalenti olub.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: “bp” – 28,8%, SOCAR – 16,7%, “Statoil” – 15,5%, “LUKoil”- 10%, NİKO – 10%, “Total” – 10%, TPAO – 9%.
CQBK-nin iki operatoru var – “bp” şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “Statoil” şirkəti isə biznes icrası üzrə məsul kommersiya operatorudur.
/oxu.az/