Çernobıl: faciə və qəhrəmanlığın 28 ili

Bu faciə müasir dövrümüzün ən iri ekoloji-texnogen qəzasıdır…

Bu faciə müasir dövrümüzün ən iri ekoloji-texnogen qəzasıdır.

1986-cı ilin 26 aprel tarixində ÇAES dördüncü enerji blokunda partlayış olub.

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, ekspertlərin məlumatına görə, Çernobıl AES qəzası nəticəsində radiaoktiv materialların summar atılımı 50 milyon küri olub, bu isə 1945-ci ildə Xerosimada atılan 500 atom bombasına bərabərdir. Radioaktiv çirklənməyə 6 milyon 945 min nəfər əhalisi olan 155 min kvadratmetr ərazi məruz qalıb.

1986-1987-ci illərdə onun nəticələrinin ləğv edilməsi üzrə işlərdə 600 min adam iştirak edib, onlardan 200 min nəfəri yüksək şüalanma alıb. Rəsmi məlumatlara görə, Çernobıl qəzası zamanı ümumilikdə 5 milyon adam zərər çəkib.

“28 il ərzində bütün dünya energetikası Çernobıla bənzər qəzaların təkrar olunmasının qarşısını almaq üçün çalışıb. Bütün stansiyalar modernləşdirilib. Bu gün atom energetikası keyfiyyətli texnologiyalardır. Atomu təhlükəsiz etməyi öyrənmək lazımdır, bu, insanların rifahına mane olmamalıdır”, – Kurçatov institutunun prezidenti Yevgeni Velixov qeyd edib.

 

/Oxu.az/