Həmsədr növbəti dəfə vurulmuş helikopterdən danışdı…
Həmsədr növbəti dəfə vurulmuş helikopterdən danışdı.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Dağlıq Qarabağ münaqişəsi tərəflərinə müraciət edərək onları dialoqa girməyə çağırıb. Uorlikin müraciətinin səbəbi bu yaxınlarda vurulmuş erməni helikopterlə əlaqədar olub.
Oxu.Az xəbər verir ki, diplomat öz Tvitter-ində yazıb:
“Dağlıq Qarabağda gərginlik vurulmuş helikopterin qalıqlarını götürməyə mane olur. Mən dialoqa girməyə və diplomatiya göstərməyə çağırıram”.