Çin lideri: Dünyada nə baş verir-versin…

“Rusiya və Çinin qarşılıqlı münasibətləri xüsusi əhəmiyyət kəsb edir”…

“Rusiya və Çinin qarşılıqlı münasibətləri xüsusi əhəmiyyət kəsb edir”.

Dünya arenasındakı dəyişikliklərə baxmayaraq, Rusiya və Çin əməkdaşlığın seçilmiş xəttini davam etdirməlidirlər.

Oxu.Az Axar.az-a istinadən bildirir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tsinpinin bu gün keçirilən danışıqlardakı çıxışlarında səsləndirilib.

“Beynəlxalq durumda hansı dəyişikliklər baş verir-versin, biz tutduğumuz xətti davam etdirməli, hər iki tərəf üçün də faydalı olan hərtərəfli əməkdaşlığı genişləndirməli və dərinləşdirməliyik”, – deyə Çin lideri bildirib.

Putin də həmçinin iki ölkənin dünya arenasında qarşılıqlı fəaliyyətinin əhəmiyyətini qeyd edib:

“Beynəlxalq hüquqlar çərçivəsində dünyanı dəstəkləmək və onu daha sabit duruma gətirmək üçün Rusiya və Çinin qarşılıqlı münasibətləri xüsusi əhəmiyyət kəsb edir”.

www.oxu.az