Çin Rusiya iqtisadiyyatına kömək əlini uzadır

“Yaxın üç il ciddi çətinliklərlə yadda qalacaq”…

“Yaxın üç il ciddi çətinliklərlə yadda qalacaq”.

Çin Rusiyanın son vaxtlar qarşılaşdığı iqtisadi çətinlikləri aşması üçün ona kömək etməyə hazırdır, ÇXR-in xarici işlər naziri Van İ jurnalistlərə bilidirib.

“Əgər Rusiya tərəfinə lazım olarsa, biz, imkanlarımız daxilində lazımi köməyi təmin edəcəyik” – deyə, China Daily nazirin sözlərindən sitat gətirir.  

Eyni zamanda, Van İ vurğulayıb ki, “Rusiyanın mövcud iqtisadi çətinlikləri aşması üçün qabiliyyəti və müdrikliyi var”, – Oxu.Az Lenta-ya istinadən xəbər verir.

Çin diplomatiyasının rəhbəri ÇXR və Rusiyanın bir-birini dəstəklədikləri və yardım etdiklərini vurğulayıb.

www.oxu.az