Citibank: Neftin qiymətləri qarşıdakı beş il müddətində 90 dollardan baha olmayacaq

“Neftin üçrəqəmli qiymətinə əlvida”…

“Neftin üçrəqəmli qiymətinə əlvida”.

2020-ci ilə qədər Brent markalı neftin qiyməti bir barel üçün 70-90 dollar arasında olacaq, Citibank analitikləri “Neftin üçrəqəmli qiymətinə əlvida” adlı araşdırmalarında proqnoz veriblər.

Citibank-ın məlumatına görə, neftin qiymətinin ucuzlaşması dünya ÜDM-nə təsir edir, eləcə də avtomobil yanacağının qiymətinin enməsinə gətirib çıxarır, bu, inkişaf etmiş iqtisadiyyatlar, enerji istehsalı olan ölkələr üçün aktualdır.

Oxu.Az xəbər verir ki, Citibank-ın hesabatında “İxracatçılar qara qızılın qiymətini bir barel üçün 60 dollara endirə bilərlər. Aşağı qiymətlər neft sahəsinə neqativ təsir edə bilər: enerji sektorunda kapital xərclər 2013-cü ildə 800 milyard dollardan ibarət olub, dividendlər və aksiyaların geriyə alınması 200 milyarda yaxın gəlir gətirib”- deyə, bildirilib.

Ucuzlaşmış qiymətlər kapital xərclərin enməsinə, ilk növbədə isə neftin hasilatına dair layihələrdə təzahür edəcək, eləcə də neft-servis şirkətlərinin gəlirlərinin enməsinə gətirib çıxaracaq, bunu bankın analitikləri qeyd ediblər.

OPEK-in baş katibi Abdalla əl-Bədri oktyabrın sonunda bəyan edib ki, ABŞ-da neftin hasilatı 90 dollara sərfəli deyil, “Lukoyl”un vitse-prezidenti Leonid Fedunun qiymətləndirməsinə görə isə gəlirlilik həddi 80 dollar həddindədir. Bu qiymət zamanı “Vedomsti”nin hesablamalarına görə, gün ərzində 6 milyon barel zərbə altında qalır.

Neftin qiymətinin 30% azalması ucbatından Rusiya ildə təxminən 90-100 milyard dollar itirir, maliyyə naziri Anton Siluanov deyib.

Neftin dünya bazarında cari təklifi sutkada 1,5-2 milyon bareldir, bunu dünən Rusiya Federasiyasının Enerji Nazirliyinin neft və qazın hasilatı və daşınması üzrə departamentinin direktoru Aleksandr Qladkov bildirib.

Onun fikrincə, Rusiya və OPEK ölkələri tərəfindən neftin hasilatının azalması bazarda pay itirməklə nəticələnə bilər, belə ki, digər ölkələr hasilatı artıraraq azalan həcmləri əvəz edə bilər.

www.oxu.az