Con Kerri: ABŞ-la Rusiya Ukrayna məsələsi ilə bağlı dialoqu davam etdirəcəklər

“Ümid edirəm ki, Minskdə əldə edilən anlaşmalar yerinə yetiriləcək”…

“Ümid edirəm ki, Minskdə əldə edilən anlaşmalar yerinə yetiriləcək”.

ABŞ-la Rusiya Ukrayna məsələsi ilə bağlı dialoqu davam etdirəcəklər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Pekində keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Con Kerri bəyan edib.

“Fikir ayrılıqları olan məsələlərlə bağlı məlumat mübadiləsi haqqında razılıq əldə etdik. Ümid edirəm ki, Minskdə əldə edilən anlaşmalar yerinə yetiriləcək”, – deyə o vurğulayıb.

Kerri həmçinin bildirib ki, Lavrovla görüşdə bir sıra beynəlxalq məsələlərlə bağlı razılaşdırılmamış məqamlar müzakirə olunub.

www.oxu.az