Con Kerri: Aİ Rusiyanın enerji asılılığından azad olmaq niyyətindədir

“Problem ondadır ki, Rusiyadan tədarüklərin yeganə yolu Ukraynadan keçir”…

“Problem ondadır ki, Rusiyadan tədarüklərin yeganə yolu Ukraynadan keçir”.

ABŞ dövlət katibi Con Kerri Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Moqerini ilə görüşdən sonra bəyan edib ki, Aİ Rusiyanın enerji asılılığından azad olmaq niyyətindədir. 

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Con Kerri hesab edir ki, Rusiyanın energetikasından asılılıq Avropanı həssas edir.  

“Problem ondadır ki, Rusiyadan tədarüklərin yeganə yolu Ukraynadan keçir. Biz, çox dəqiq planlar irəli sürdük və onların əsasında ali nümayəndənin məni inandırdığı kimi, Avropa artıq müstəqillik əldə etmək üçün fəaliyyət göstərir,” – dövlət katibi qeyd edib.  

Öncə Avropa Parlamentinin deputatları enerji birliyinin yaradılması vasitəsilə enerji təhlükəsizliyinin artırılması və Avropa Birliyinin Rusiya qazından azad olmasının vacibliyini qeyd ediblər. 

www.oxu.az