Dağıstan Azərbaycanla sərhədlərini möhkəmləndirir

Səbəblərdən biri ekstremist ideologiyasının yayılmasıdır…

Səbəblərdən biri ekstremist ideologiyasının yayılmasıdır.

Bu gün Maxaçqalada Dağıstan respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərliyi altında DR asayişin qorunmasına həsr edilmiş koordinasiya iclası keçirilib, Oxu.Az RİA Dağıstana istinadən xəbər verir.  

Bu tədbir çərçivəsində respublikanın sərhədyanı rayonlarında asayişin qorunması sahəsində federal strukturların və yerli idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin nizama salınması məsələləri müzakirə edilib.

İclasın işini açıq elan edən respublika rəhbəri müzakirə edilən məsələnin mühümlüyünü qeyd edib. “Dağıstan Respublikası quruda Gürcüstan və Azərbaycan, dənizdə isə – Qazaxıstan, İran və Türkmənistan ilə həmsərhəddir. Müvafiq olaraq Rusiya FXB-nun Dağıstan Respublikası üzrə apardığı sərhəd siyasətinin realizəsi vacib amildir.

Vacibdir ki, respublikanın bütün sərhədyanı rayonlarında sabit vəziyyət yaradılsın, amma bəzi bələdiyyə qurumlarında qeyri-münbit şərait mövcuddur”, – Ramazan Abdulatipov bildirib.

Sərhədyanı rayonlarda iş barədə daha detallı şəkildə Rusiyanın FXB-nın Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi İqor Şmotkin danışıb. Əsasən, o, qeyd edib ki, respublika ərazisində sərhəd siyasətinin realizəsi sahəsində iki təhlükəli amil var.

 “Onlardan biri Azərbaycan və Gürcüstan ilə həmsərhəd regionlarda ekstremist ideologiyanın təbliğatı ilə əlaqədar gərginliyin mövcudluğudur.

İkincisi isə brakonyerlik və brakonyerlik sənayesi, eləcə də Xəzər akvatoriyasında su resurslarının qanunsuz əldə edilməsidir”, – deyə məruzəçi bildirib.

İclas çərçivəsində Maqaramkents, Rutulsk, Sutinsk, Sumadinsk, Tlyaratinsk və bir sıra rayonlarda mövcud vəziyyət haqqında məruzələr edildi.

İclası yekunlaşdırarkən, Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov iclas iştirakçılarına qaldırılan məsələlərin ciddiliyi və onların həlli üçün qarşılıqlı fəaliyyətin labüdlüyünü xatırladıb.  

www.oxu.az