Mühasirəyə alınan evdən iki qadın çıxıb…
Mühasirəyə alınan evdən iki qadın çıxıb.
Dağıstanda xüsusi əməliyyat zamanı beş yaraqlı öldürülüb. Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Milli Antiterror Komitəsindən məlumat verilib.
11:16
Dağıstanın Qurbuki kəndində xüsusi əməliyyat keçirilir.
Bir müddət öncə evlərin birində dörd yaraqlı mühasirəyə alınmışdı.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq mühafizə orqanlarından olan mənbənin məlumatına əsasən bildirib.
“Təslim olmaqdan imtina ediblər, hal-hazırda döyüşlər gedir”, – agentliyin həmsöhbəti bildirib.
TASS öz mənbələrinə istinadən bildirir ki, xüsusi əməliyyatın başlanmasından öncə mühasirəyə alınan evdən iki qadın çıxıb. Evdə neçə nəfərin qaldığı agentliyə bildirilməyib.
Avqustun 20-dən Qarabudaxkent rayonunda ATƏ (antiterror əməliyyatı) rejimi qüvvədədir.