Fransadan sonra Belçika parlamenti də Fələstin dövlətinin tanınması haqqında müzakirələrə başlayır…
Fransadan sonra Belçika parlamenti də Fələstin dövlətinin tanınması haqqında müzakirələrə başlayır.
Publika.az-ın məlumatına görə, Belçika baş nazirinin köməkçisi və xarici işlər naziri Didyer Reynerds ölkəsinin Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu barədə qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirə ediləcək.
Xatırladaq ki, İsveç, Polşa, Rumınya, Macarıstan, Çexiya, Bolqarıstan, Slovakiya, Cənubi Kipr Respublikası, Malta və Fransa Fələstin dövlətini tanıyıb.
/Publika/