Daha bir siyasətçi Qarabağı Rusiyaya birləşdirməyə çağırdı

“Münaqişənin qısa vaxt ərzində nizamlanması ehtimalı azdır”…

“Münaqişənin qısa vaxt ərzində nizamlanması ehtimalı azdır”.

Əlbəttə ki, Qarabağ problemi gec yaxud tez həllini tapmalıdır. Lakin bu gün Rusiya o münaqişədə fəal iştirak etməyəcək. İndi biz Ukraynada kəskin böhran, Dnestryanının blokadasını müşahidə edirik – bütün bunlar bu gün bizim Xarici İşlər Nazirliyinin diqqətini tam özünə çəkib.

Oxu.Az xəbər verir ki, bunu 1in.am-a Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının regional siyasət komissiyasının sədr müavini, Jirinovskinin rəhbəri olduğu Liberal-demokrat partiyasının üzvü, Dnestryanıdan olanRoman Xudyakov bildirib.

“Ermənistan və Azərbaycan arasında münaqişənin həllini tapması üçün üçüncü yol axtarmaq lazımdır. Nəzəri baxımdan Qarabağın Rusiyanın tərkibinə daxil olması, – əgər onun sakinləri istəyərlərsə – belə bir yol ola bilərdi.

Rusiyanı dərhal separatçılığı qışızdırmaqda ittiham edəcəklər, lakin axı əsas məqsəd yeni müharibəyə yol verməməkdir. Düşünürəm ki, regionda sülhü möhkəmləndirmək üçün Ermənistan və Azərbaycan bu ssenari ilə razılaşa bilərdilər. Başlıcası yenidən qan tökülməsinə yol verməməkdir. İstənilən halda, münaqişənin qısamüddətli perspektivdə nizamlanması ehtimalı azdır”, – deyə, o bildirib.

www.oxu.az