Daha iki azərbaycanlı girov götürüldü

Artıq girovlarla bağlı müvafiq orqanlara məlumat verilib…

Artıq girovlarla bağlı müvafiq orqanlara məlumat verilib.

Luqanskda daha iki azərbaycanlı girov götürülüb. 

Oxu.Az azadinform.az-a istinadən xəbər verir ki, girovlardan biri Əliyev Canahgir Məmmədağa oğlu, digəri isə Adilov İkram Məmməd oğludur.

Artıq girovlarla bağlı Ukraynanın müvafiq orqanlarına məlumat verilib.

Qeyd edək ki, əvvəllər girov götürülən daha iki azərbaycanlı – Bayramov Valeh Mirqiyas oğlu sentyabrın 20-də azad olunub, itkin düşən Azad Vəliyevin isə bu günlərdə meyiti tapılıb. 

www.oxu.az