Dağlıq Qarabağ münaqişəsi ən qısa müddətdə və beynəlxalq hüquqa riayət edilməklə həll olunmalıdır

NATO-nun Dağlıq Qarabağ münaqişəsində iştirak etmək niyyəti və planları yoxdur, hətta hazırda Minsk qrupunun himayəsi altında aparılan sülh prosesində də iştirak etmir. Trend-in məlumatına görə, bunu alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay müsahibəsində deyib. Xəbəri NATO-nun Community.org saytı yayıb.
“Minsk prosesinin gedişi ilə bağlı narahatlıq mövcuddur. Biz burada, NATO-nun mənzil-qərargahında son bir neçə həftədə iki prezidentdən [Azərbaycan və Ermənistan] onların prosesə və Dağlıq Qarabağ böhranının dinc yolla nizamlanmasına tərəfdar olduqlarını eşitdik. Lakin reallıq belədir ki, Minsk prosesində xüsusilə son vaxtlar çətinliklər müşahidə olunur “, – Appaturay deyib…

Trend.