Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa səfəri Aİ-nin bu münaqişəsinin tənzimləməsi haqqında qəbul etdiyi 3 illik yeni layihənin reallaşması ilə əlaqəli ola bilər. Bu barədə çərşənbə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
“Bu layihədə Dağlıq Qarabağ münaqişəsində birbaşa zərər çəkənlərin iştirakı da nəzərdə tutulur. Lefortun Bakıya son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməsi, keçirdiyi görüşlərdə “Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları “, “icmalararası dialoq ” terminlərini işlətməsi Aİ-nin indiki layihəsinin real mahiyyətinin faydalı olmasından xəbər verir. Lakin ermənilər bir neçə dəfə belə faydalı layihələrin təsirini heçə endiriblər “, – politoloq deyib… Trend.az