Böyük Britaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü AŞ PA-da çıxışı zamanı Böyük Birtaniyanın Baş naziri David Cameron deyib.
Baş nazir qeyd edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.
“Biz müharibənin yenidən bas verməsini istəmirik. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Böyük Britaniya onun fəaliyyətini dəstəkləyir. Bu o deməkdir ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirə biləcək hazırkı prosesi dəstəkləyirik. Düşünürəm ki, Azərbaycan da bu həll yoluna nail olmaq üçün sülh prosesini dəstəkləyir ” Baş nazir deyib… Trend.