Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 25-də saat 11:25-dən 11:30-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:15-dən 22:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.