Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbçilərin və mülki şəxslərin atəş nəticəsində ölməsi və yaralanması narahatlıq doğurur. Bunu Trend-ə eksklüziv açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter bildirib…
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbçilərin və mülki şəxslərin atəş nəticəsində ölməsi və yaralanması narahatlıq doğurur. Bunu Trend-ə eksklüziv açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter bildirib.
D.Burkhalter deyib: “Mən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbçilərin və mülki şəxslərin atəş nəticəsində ölməsi və yaralanması xəbərlərindən çox narahatam. Tərəfləri gərginliyin azaldılması istiqamətində bir-biriləri ilə birbaşa ünsiyyət üçün ATƏT nümayəndələrinin sərhəd və təmas xəttinə səfərlərinin verdiyi qiymətli imkandan tam istifadə etməyə çağırıram “.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
/Trend/