XİN başçıları Şurasının mətbuat konfransı keçirilib…
XİN başçıları Şurasının mətbuat konfransı keçirilib.
Dağlıq Qarabağ münaqişəsi həlli vacib olan məsələlərdən biridir və nizamlanma prosesinin uzanması bizi də narahat edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənnin xarici işlər naziri Didye Burkhalter bunu ATƏT XİN başçıları Şurasının Bazel görüşündən öncə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, münaqişə ilə bağlı fikirlərini, tövsiyələrini Azərbaycan və Ermənistan XİN başçılarına bundan əvvəl də bildirib:
“Bazel görüşü çərçivəsində mən bütün nazirlərlə görüşüb onlarla fikir mübadiləsi aparmağa çalışacam. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məşğul olmaq üçün zaman məhdudiyyəti olsa da, bu prosesi izləyirik və tərəflərin vəziyyəti yaxşı qiymətləndirməsinə, gərginliyi azaltmaq və nizamlanmaya nail olmaq üçün müsbət addımlar atmasına ümid edirik”.