Diqqət: Heydər Əliyev prospekti müvəqqəti bağlanır

Sürücülərə alternativ yol göstərilib…

Sürücülərə alternativ yol göstərilib.

Bu gün Heydər Əliyev prospekti – Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti – Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Yolun bağlanması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bağlıdır.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti – Kənar yollardan istifadə etmələri tövsiyə olunur.

 

/Oxu.az/