O, “İslam dövləti” üzərində qələbə çalmağa söz verir…
O, “İslam dövləti” üzərində qələbə çalmağa söz verir.
Amerikalı milyonçu Donald Tramp bəyan edib ki, 2016-cı ildə prezident seçkilərində iştirak edəcək. O, özünü ölkənin əvvəlki nüfuzunu qaytara biləcək yeganə namizəd hesab edir. Tramp söz verir ki, prezident postunda “İslam dövləti” üzərində qələbə çalacaq, İranda nüvə silahının işlənib hazırlanmasının qarşısını alacaq, bütün ölkə boyu iş yerləri yaradacaq və büdcə defisitini azaldacaq.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, milyonçunun mümkün rəqibləri Hillari Klinton, Ceb Buş və Mitt Romni ola bilər. Lakin, Trampın fikrincə, nə Buşun, nə də Romninin qələbəyə kiçik şansı belə var.