Maliyyə Nazirliyi məlumat yaydı…
Maliyyə Nazirliyi məlumat yaydı.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə, eyni zamanda kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi məqsədli ilə 2015-ci ilin dövlət büdcəsində 224,5 milyon manat vəsait nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabında yer alır.
Xatırladaq ki, hazırda 1 milyondan çox qaçqın və məcburi köçkün respublikanın 68 şəhər və rayonunda 1600-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb.