Maliyyə Nazirliyi məlumat yaydı…
Maliyyə Nazirliyi məlumat yaydı.
2015-ci ildə dövlət büdcəsinin kəsrinin maliyyələşdirilməsi üçün 1 mlrd. 662 milyon manat vəsait nəzərdə tutulub.
Bu da 2014-cü illə müqayisədə 17 mln. manat və ya 1% azdır.
Oxu.Az-a bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, 2015-ci ildə dövlət büdcəsi kəsrinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar, dövlət büdcəsinin vahid xəzinə qalığı hesabına həyata keçiriləcək.
Maliyyə Nazirliyinin proqnozuna görə, 2015-ci ildə dövlət büdcəsi kəsrinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 2,8% təşkil edəcək.