Dövlət qurumunda yoxlamalar aparılacaq

Hesablama Palatası məlumat yaydı…

Hesablama Palatası məlumat yaydı.

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Bu barədə Oxu.Az-a Hesablama Palatasından məlumat verilib.

Kollegiya iclasında dövlət əsaslı vəsait qoyuluşundan “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri barədə də qərar qəbul olunub. Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda qərara alınıb ki, Xətai rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda, Naxçıvan Dövlət Texniki Kollecində, eləcə də Sahibkarlığa Kömək Milli Fondunda yoxlamalar aparılacaq.

www.oxu.az