2015-ci ildə iqtisadiyyat 3% artmalıdır…
2015-ci ildə iqtisadiyyat 3% artmalıdır.
Dünya Bankı (DB) dünya iqtisadiyyatının artım templərinin aşağı düşəcəyini proqnoz edir. Oxu.Az-ın məlumatına görə, bu barədə bankın hesabatında deyilir.
Ekspertlərin qiymətləndirmələrinə görə, 2015-ci ildə dünya iqtisadiyyatı 3% artmalıdır. Əvvəlki qiymətləndirmələrə əsasən, artım 3.4% olmalı idi.
DB həmçinin 2016-cı il üçün proqnozunu – 3.5%-dən 3.3%-ə qədərə dəyişib. 2017-ci ildə artım 3.2% təşkil edəcək.