
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı bir milyon ötüb.
Trend-in “Krasnaya Vesna”ya istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin xüsusi tədqiqat qrupunun hesabatında deyilir.
Məlumata əsasən, aprelin 2-si saat 23:00 üçün dünyada 1 milyon 2 min insan koronavirusa yoluxub, təxminən 51,5 min insan isə xəstəliyin qurbanı olub.
Bildirilir ki, 209 minə yaxın insan yeni növ koronavirusdan sağalıb.