Dünyanın ən etibarlı şəhərləri

Araşdırma fərdi, səhiyyə, infrastruktur və rəqəmsal təhlükəsizlik başlıqları altında kecirilib…

Araşdırma fərdi, səhiyyə, infrastruktur və rəqəmsal təhlükəsizlik başlıqları altında kecirilib.

Londonun “Ekonomist” jurnalı 2015-ci il üçün dünyanın ən etibarlı şəhərlərinin hesabatını dərc edib. Ümumi sıralamada Moskva 43-cü,  İstanbul isə 41-ci sırada qərarlaşıb. 

Dünyanın ən etibarlı ilk 3 şəhəri isə Tokio, Sinqapur və Osaka seçilib.

Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, araşdırma fərdi, səhiyyə, infrastruktur və rəqəmsal təhlükəsizlik başlıqları altında kecirilib.

Kompüterlərdə olan viruslara görə rəqəmsal təhlükəsizlik kateqoriyasında Moskva 50 ölkə arasında 46-cı yeri tutub.

Moskva səhiyyə təhlükəsizliyində 68.93 bal alaraq 24-cü, infrastruktur təhlükəsizliyində 41-ci, şəxsi təhlükəsizlik kateqoriyasında isə 49-cu yerdə olub.

Xatırladaq ki, Moskva demokratiya indeksində 161 şəhər arasında 125-ci yerdə qərarlaşıb. 

www.oxu.az