Düşmən cəbhədə 2 qadın və 1 uşağı gülləyə tutdu

5 saat davam edən atışma…

5 saat davam edən atışma.

Ötən gün axşam saatlarında erməni silahlı bölmələrinin Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, güllə yarası alan rayonun Əlibəyli kənd sakinləridir.

Onlardan 45 yaşlı, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı yaşadığı evin qapısı ağzında qəlpə yarası alıb.

Digər kənd sakini, 72 yaşlı Nağıyeva Qaraqız Qara qızı sağ ayağının 3 və 4-cü barmağını dəlib keçən güllə yarası, onun nəvəsi, 5 yaşlı Nağıyeva Nurcan Osman qızı isə ayağından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.

09:20

İyunun 19-da saat 18-dən başlayaraq Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Oxu.Az-ın məlumatına görə, rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev APA-ya bildirib ki, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub.

Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb.

Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.

 

/Oxu.az/