Ekspert: Rusiyanın yanlış manevrləri Azərbaycanın xeyrinədir

“Səslənən fikirlər reallığa uyğun deyil”…

“Səslənən fikirlər reallığa uyğun deyil”.

TASS informasiya agentliyinə danışan rusiyalı politoloq Aleksey Qrivaç deyib ki, yeni tikilən Transatlantik qaz kəməri sistemi (TANAP) “Qazprom” tərəfindən əvvəllər “Cənub axını” ilə çatdırılması nəzərdə tutulan Rusiya qazının nəqli üçün istifadə edilə bilər. Bu çıxışından belə aydın oldu ki, onun ümumiyyətlə, kəmərlər sistemi haqqında məlumatı yoxdur. 4 cümlə deyilən sözdə 3 məna səhvi var.

Oxu.Az xəbər verir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

İqtisadçı bildirir ki, “Şahdəniz”-dən ötürüləcək qazın həcmi birinci mərhələdən 16 milyard kubmetr olacaq.

“Rus politoloqun yanlış sözlərini Azərbaycan mətbuatında reklam ediblər. O deyir ki, “Azərbaycan çətin ki, 15 milyard kubmetrdən artıq qaz nəql edə bilər, ona görə də “Qazprom”un GAZP+0,87% kəmərdə alan qüvvəyə hesab götürmək haqqı var”. Lakin bildiyimiz kimi, Azərbaycanın Dövlət Neft Şirkətinin rəhbərliyi dönə-dönə qeyd edib ki, “Şahdəniz”dən ötürüləcək qazın həcmi elə birinci mərhələdə (2018-ci ildə işə salınandan sonra) 16 milyard kubmetr olacaq. 2020-ci ildə onun buraxıcılıq gücü artıq 24 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatacaq.

Azərbaycanın qaz ehtiyatları ilə xarici bazara çıxarılması təmin olunacaq. Bu, Abşeron yatağıdır, 2021-ci ilin sonunda onun işlənməsinə başlanılacaq. Sual olunur ki, işlənməyə başlananda bu qaz hardan gedəcək? Əlbəttə ki, Cənub qaz dəhlizindən. Söhbət, Azəri-Çıraq Günəşli yataqlar blokunun dərin qatlarındakı təbii qazdan gedir. Gələn 10 illiyin ortasında artıq, həmin ehtiyatdakı qazlar hasil ediləcək”.

Ekspert qeyd edir ki, bu layihələr bir-birinə rəqib deyillər:

“Cənub axını, TANAP layihələri gündəmə gələndən həm Azərbaycan, həm də Dövlət Neft Şirkətinin rəhbərliyi qeyd ediblər ki, bu layihələr bir-birinə rəqib deyillər. Bunlar paralel şəkildə həyata keçiriləcək. Burdan belə aydın olur ki, bu layihələr paraleldilərsə, onların bir-biri ilə həm bazarda, həm də hər hansı bir yerdə kəsişəcəyi, bir-biri ilə rəqabət aparacağı müstəvisi yoxdur”.

Ekspert Rusiyanın qaz siyasətində etdiklərinin Azərbaycan üçün xeyirli ola biləcəyini düşünür.

“Rusiya deyir ki, Avropa qazsız qaldı. Qeyd edim ki, Avropa onun əvəzini başqa mənbələrdən çıxacaq. Bu bir növ Azərbaycanın həmən dövr kəsiyində Avropa üçün xüsusi çəkisini artıracaq. Ümumiyyətlə, Rusiyanın düşünülməmiş addımları Azərbaycanın xeyrinə işləyir. Prosesləri izlədikdə aydın olur ki, bizləri qarşıda maraqlı hadisələr gözləyir”.

www.oxu.az