Elmar Məmmədyarov: Azərbaycanı tənqid edənlər düzgün hərəkət etmirlər

“Onların arxasında dayanan qüvvələr öz maraqlarını güdürlər”…

“Onların arxasında dayanan qüvvələr öz maraqlarını güdürlər”.

Almaniya mətbuatında Azərbaycanı təhqir edənlər düzgün hərəkət etmirlər. Mətbuatda dərc olunan həmin yazılar sifarişli məqalələrdir. Bizdə bu barədə məlumat var, biz bunu bilirik.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın ölkəmizdə səfərdə olan xarici işlər naziri Frank ValterŞtaynmayerlə görüşdən sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Nazir bildirib ki, Azərbaycan əleyhinə yazıları dərc etdirən qüvvələr yalnız öz maraqlarını güdürlər:

“Bəzi qüvvələr Azərbaycanda gedən inkişafa ikili standartlarla yanaşırlar.  Lakin Azərbaycan öz yolunu dəyişməyəcək və bu yolla davam edib daha güclü ölkə olacaq”.


www.oxu.az