Nazir NATO-nun tədbirində iştirak edəcək…
Nazir NATO-nun tədbirində iştirak edəcək.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazir dekabrın 2-də NATO-nun Əfqanıstan üzrə xarici işlər nazirləri səviyyəsində NATO-nun mənzil-qərargahında keçiriləcək iclasında iştirak edəcək.
İclasda E. Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.