Mərkəzin rəhbəri İradə Yaqubovanın verdiyi məlumata görə, tədqiqat ölkə ərazisinin 400 seçki məntəqəsində mərkəzin araşdırma tədqiqat qrupu tərəfindən həyata keçirilib. Seçimə düşən 400 məntəqə 68 seçki dairəsi və 61 rayonun ərazisini əhatə edib.
“Exit-poll”un nəticələrinə görə, seçkilərdə seçici fəallığı 72,3% təşkil edib. Səslər isə namizədlər arasında aşağıda göstərildiyi kimi paylanıb:
1. Ağa-zadə İqbal Fehruz oğlu – 1.88 %
2. Əliyev İlham Heydər oğlu – 80.8 %
3. Əlizadə Araz Məmməd Mübariz oğlu – 0.72 %
4. Hacıyev Hafiz Ələmdar oğlu – 0.43 %
5. Həsənquliyev Qüdrət Müzəffər oğlu – 2.81%
6. Həsənli Cəmil Poladxan oğlu – 10.55 %
7. İsmayılov İlyas Abbas oğlu – 0.65 %
8. Quliyev Fərəc İbrahim oğlu – 0.88 %
9. Məmmədov Sərdar Calal oğlu – 0.63 %
10. Oruc Zahid Məhərrəm oğlu – 0.65 %