Emin Həsənli: “Serj Sarkisyan cinayətkar və terrorçudur” AÇIQLAMA

“Ermənistana ən böyük güzəştimiz onlarla hələ də danışıqların davam etdirilməsidir”…

“Ermənistana ən böyük güzəştimiz onlarla hələ də danışıqların davam etdirilməsidir”

“Hər kəs də bilir ki, Ermənistan Prezidenti Serj Sarkisyan cinayətkar və terrorçudur. Onun əli azyaşlı günahsız uşaqların, qadınların, qocaların qanına batıb. Bu insan hər zaman sərsəm fikirlər səsləndirir”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Ermənistan prezidenti Serj Sarkisyanın “Yerkrapa” Könüllülər İttifaqının qurultayında çıxış edərkən təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı ittiham etməsi məsələsinə münasibət bildirərkən deyib.

 

E. Həsənlinin sözlərinə görə, Azərbaycan atəşkəs rejimini bir dəfə pozacaq ki, onda da öz torpaqlarını düşməndən azad edəcək: “Bu ölkəmizə beynəlxalq hüququn verdiyi haqdır. İşğalçı ölkə daimi olaraq atəşkəsi pozur. Bu insanlar min bir yolla (çayın içinə partlayıcı maddə qoyaraq Azərbaycan tərəfinə axıdırlar, mülki əhaliyə öz fəaliyyətini davam etməyə imkan vermir və s.) təxribatlara əl atırlar. Azərbaycanın ordusu, iqtisadiyyatı, beynəlxalq münasibətləri gücləndikcə işğalçı ölkə günü-gündən geriyə saymağa başlayır. Hesab edirəm ki, onların cəbhə boyunca gərginlik yaratmasının heç bir nəticəsi olmayacaq. Ölkəmiz gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Ermənistana ən böyük güzəştimiz hələ də onlarla danışıqların davam etdirilməsidir. Amma təəssüflər olsun ki, işğalçı ölkə bu danışıqları pozur. Bütün bunlara baxmayaraq, biz mütləq öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bununla da S.Sarkisyan, Koçaryan, Ohanyan layiqli cəzasını alacaq. Onlar beynəlxalq hüquq olmasa belə, Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. S.Sarkisyan özü də dərk edir ki, düzgün iş görməyib”.

 

Qeyd edək ki, fevralın 15-də Ermənistan prezidenti S. Sarkisyan “Yerkrapa” Könüllülər İttifaqının qurultayında çıxış edərkən təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı ittiham edib. O bildirib ki, geniş miqyaslı müharibəyə başlamaq üçün Azərbaycanın gücü və imkanı yoxdur.

/sia/