Ermənilər türk ordusunda yoxlama aparacaqlar

Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb…

Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Avropada adi silahların ixtisarı haqqında müqaviləyə əsasən Ermənistan silahlı qüvvələrinin nəzarət qrupu noyabrın 26-28-də Türkiyə ərazisində təftiş aparacaq.

Oxu.Az xəbər verir ki, APA-nın “panorama.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Yoxlama zamanı Ermənistan sərhədinə yaxın ərazilərdə Türkiyə Silahlı Qüvvələrinin hərbi birləşmələrinin sxemləri, coğrafi koordinatları, müqaviləyə görə məhdudlaşdırılan tankların, zerihli maşınların və artilleriyanın sayı müəyyənləşdiriləcək, hərbi birləşmələrin ərazisində monitorinq aparılacaq.

www.oxu.az