Ermənistan 1500 nəfərlik erməni ordusu Qarabağdan Suriyaya göndərildi

“Xristin ordusu Suriya torpağına yeridildi”…

“Xristin ordusu Suriya torpağına yeridildi”.

Suriyanın ikinci ən iri liman şəhəri olan Tartusa 1500 nəfərlik erməni yaraqlısından ibarət desant çıxarılıb. 

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Hələbdə döyüşən yaraqlı qruplaşması “Əl-Təvhid Briqadası” (Liwa al-Tawhid) tərəfindən qruplaşmanın internet saytında yayılıb. Tartus Latakiyədən sonra Suriyanın ikinci ən iri liman şəhəridir və orada Rusiya hərbi-dəniz bazası yerləşir.

“Əl-Təvhid Briqadası” ermənilərindən ibarət yaraqlı dəstəsinin Tartusa gəlişini bu anonsla çatdırıb: “Xristin ordusu Suriya torpağına yeridildi”.

“Əl-Təvhid Briqadası” Suriyada Əsəd rejiminə qarşı döyüşən ən iri qruplaşmalardan biridir və onun tərkibində 10 minə yaxın yaraqlı var. Ermənilərin də sıx yaşadığı Hələb şəhərinə bu qruplaşma nəzarət edir. Suriya erməniləri Bəşər Əsəd rejiminin tərəfindədir və bu üzdən müxaliflər onları da hədəfə alır.

Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin qarabağlı üzvü, keçmiş səhra komandiri və müharibə veteranı Vaan Bədəsyan Suriyanın Türkiyə ilə sərhəd Kasab qəsəbəsinin “İraq Şam İslam Dövləti” qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsinə və ermənilərin oradan çıxarılmasına cavab olaraq Suriyaya erməni könüllülərin göndəriləcəyini bildirib.

Vaan Bədəsyan 150 erməni könüllünün Kasab ermənilərini müdafiə etmək üçün Suriyaya göndəriləcəyini bildirmişdi. Lakin belə görünür ki, söhbət 10 dəfə artıq yaraqlıdan gedir. 

Vaan Bədəsyan demişdi ki, 150 nəfərlik qrupu Suriyanın Latakiyə şəhərinə göndərmək üçün maliyyə vəsaiti yoxdur, lakin onlardan azsaylı qrup tezliklə Suriyaya göndəriləcək. 

Deputatın bildirdiyinə görə, söhbət döyüş təcrübəsi olan adamlardan gedir.

www.oxu.az