Erməni şərhçi: Azərbaycan bizdən qat-qat güclüdür

“Ermənistan artıq oyunu uduzub”…

“Ermənistan artıq oyunu uduzub”.

Gömrük İttifaqına girmək istəyini bəyan etməklə Serj Sarkisyan uzun müddətə və möhkəm şəkildə Ermənistanı dalana dirəyib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə bu gün yazdığı məqaləsində erməni şərhçi İqor Muradyan bildirib.

Onun sözlərinə görə, hətta nə vaxtsa Avrasiya və Gömrük İttifaqları dağılsa belə, bu, Ermənistanı xilas etməyəcək. Çünki Ermənistan artıq oyunu uduzub. 

“Qərb ölkələrinin Ermənistana silah satmaqdan imtina etməsi Ermənistanın əsas silah təchizatçısı Rusiyadan asılılığını daha da artıracaq. Amma bu, hələ hamısı deyil. Azərbaycan maddi imkanlar toplusuna görə Ermənistandan qat-qat güclüdür. Onun beynəlxalq bazarlardan tam miqdarda silah almaq imkanı var”, – deyə şərhçi vurğulayır. 

Şərhçinin sözlərinə görə, 2013-cü il sentyabrın 3-dən Ermənistanın Gömrük İttifaqına girmək barədə niyyət bəyan etməsi ilə vəziyyət dəyişib. Həmçinin Rusiya Azərbaycana silah satmaqla balansı kəskin şəkildə Ermənistanın ziyanına dəyişib. “Hazırda Rusiya, Türkiyə və İsrailin, qismən də Belarusun yardımı ilə Azərbaycan hərbi balansı öz hesabına dəyişib”, – deyə İqor Muradyan vurğulayıb. 

Şərhçinin sözlərinə görə, artıq Rusiya o qədər güclənib ki, Qərblə açıq rəqabət üçün Türkiyə və Azərbaycanla əməkdaşlığa başlayacaq.

“Bu isə Ermənistan üçün 1 nömrəli təhlükə olacaq”,- deyə İqor Muradyan vurğulayıb. 

www.oxu.az