Erməni yazar Ərdoğana səsləndi

“Cənab baş nazir, siz bütün ermənilərin ürəyinə su səpdiniz”…

“Cənab baş nazir, siz bütün ermənilərin ürəyinə su səpdiniz”.

Türkiyədə həftədə bir dəfə nəşr olunan ermənilərə məxsus “Luys Magazin” qəzetinin erməni əsilli köşə yazarı Aram Kuran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana 1915-ci il hadisələri üçün verdiyi təziyə mesajına görə təşəkkürünü bildirib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, erməni yazar fikirlərini özünəməxsus sözlərlə ifadə edib.

“Biz duadan sonra məzara su tökürük. Bu, torpağın bəsitcə sulanması deyil. Ruhların şad olması üçün rəmzi mənası olan bir əməldir. Cənab baş nazirim, siz də 23 apreldə verdiyiniz mesajla bütün dünyadakı ermənilərin ürəyinə su səpdiniz”.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə əlaqədar ermənilərə başsağlığı mesajı verib. Baş nazirin bu hərəkəti birmənalı qarşılanmayıb, bu mesaja görə, Ərdoğana təşəkkür edənlərlə yanaşı, ona kəskin etirazlarını bildirənlər də olub.

www.oxu.az