Ermənilər əsgərimizi vurdular

Nazirlik faktı təsdiqlədi…

Nazirlik faktı təsdiqlədi.

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri Elnur Əli oğlu Məcidov döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

www.oxu.az