Ermənilər Azərbaycan vətəndaşını girov götürdülər – YENİLƏNİB

İlkin məlumata görə, əsir Tərtər rayon yol polisi rəisinin müavininin oğludur…

İlkin məlumata görə, əsir Tərtər rayon yol polisi rəisinin müavininin oğludur.

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, girov götürülən Cavid Samiroğlu Məmmədov Tərtər rayon sakinidir. Onun Tərtər rayonunun Qaçay Mehdiyev küçəsində yaşadığı bildirilir.

İlkin məlumata görə, əsir Tərtər rayon yol polisi rəisinin müavininin oğludur.

Xatırladaq ki, Azərbaycan vətəndaşının girov götürülməsi barəsində Ermənistan mətbuatı məlumat yayıb.

Erməni tərəfinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 5-də axşam saatlarında Cavid Samiroğlu Məmmədov adlı bir Azərbaycan vətəndaşı təmas xəttini keçib və nəticədə girov götürülüb. 

Onun barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyi bildirlir.

15:05

Azərbaycan vətəndaşı sərhədi keçmək istəyərkən saxlanılıb.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçilərin Azərbaycan vətəndaşını saxlaması məsələsi ilə bağlı araşdırma aparır. 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dünən axşam Azərbaycan vətəndaşını saxlayıblar.

Ermənistan KİV-in yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov dünən axşam saat 18:10 radələrində Ermənistan silahlıları tərəfindən cəbhə xəttində saxlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri məsələ ilə bağlı məlumatlandırılıblar. Cavid Məmmədov müvafiq strukturlara təhvil verilib. (Trend)

www.oxu.az