Ermənilər Füzuli istiqamətində müharibəyə hazırlaşır

Ermənistan ordusu cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıblar…

Ermənistan ordusu cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıblar. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənub-şərqində – Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.
 
Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.
 
Azərbaycan tərəfi düşmənin cəhdlərini önləməyə çalışır.
/Bizim.yol/