Ermənilər: İrəvanı yandıraq

“Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq”…

“Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq”.

İrəvanda onlarla vətəndaş Nazirlər Kabinetinin binası önündə etiraz aksiyası keçirir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, etirazçılar hökumət binalarını yandıracaqlarını bildirirlər.

Baş naziri və paytaxt merini yalan vədlər verməkdə ittiham edən aksiya iştirakçıları Nazirlər Kabinetinin binasına yaxınlaşmağa cəhd etsələr də, polis əməkdaşları buna mane olublar.

“Onlar evlərimizi qaytarmasalar, İrəvana od vuracağıq. Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq”, – deyə, aksiya iştirakçılarından biri bildirib.

Qeyd edək ki, 2008-ci ildə İrəvanda bəzi fərdi evlər dövlət maraqları zonalarına düşdüyündən sökülüb. Ev sahiblərinə 3 il müddətində yeni mənzillər veriləcəyi bildirilsə də, bu vaxtadək vədə əməl olunmayıb.

www.oxu.az