Leytenant və əsgər ölüb.
Ermənistanın Müdafiə Nazirliyi cəbhə xəttində itkiləri barədə məlumat yayıb.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğalçıların məlumatına görə, dünənki atışma nəticəsində leytenant Karen Araratoviç Qalstyan və əsgər Artak Vaqarşakoviç Sarkisyan ölüb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan (RPQ) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.
Düşmən cavab atəşi ilə susdurulub.
KİV-də gedən son məlumatlara əsasən, Ermənistan yanvarın 3-dən 23-nə qədər 11 hərbçisini itirib.