Ermənilərdən Azərbaycana qarşı daha bir təxribat

İşğal olunmuş torpaqlarımızda futbol çempionatı keçiriləcək…

İşğal olunmuş torpaqlarımızda futbol çempionatı keçiriləcək.

Müstəqil Futbol Assosiasiyaları Birliyinin (Konifa) sədri, ingiltərəli Saşa Dürkop Azərbaycanın işğal altındakı torpaqlarına səfəri zamanı separatçı rejimdə çempionatın keçirilməsi üçün təkliflə çıxış edib.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, S.Dürkop təşkilatın 2015-ci ildə keçirilməsi planlaşdırılan Avropa Çempionatını Dağlıq Qarabağda gerçəkləşdirəcəklərini bildirib. Saşa Dürkopun sözlərinə görə tanınmamış dövlətlər birliyi kuboku uğrunda yarışın Dağlıq Qarabağda keçirilməsi üçün separatçı rejimin lideri Bako Saakyanla razılıq əldə edib.   

Oyunların Xankəndi, Xocavənd və Şuşada baş tutacağı gözlənilir. Çempionatda Laplandiya, Normand Adaları, Cənubi Osetiya, Abxaziya Nitsa qraflığının iştirak edəcəyi bildirilir.  

Qeyd edək ki, Konifa dünyada tanınmamış bir təşkilatdır.  

www.oxu.az