Ermənistan və ATƏT Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

 Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin görüşü baş tutub…

Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin görüşü baş tutub. Trend xəbər verir ki, bu barədə çərşənbə günü “news.am ” saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyət və qarşılıqlı etimadın möhkəmləndirilməsinə dair məsələlər müzakirə olunub.

 

/Trend/