Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişaf məsələləri müzakirə olunub

Ermənistanın baş naziri Tiqran Sarkisyan noyabrın 28-də İrəvanda Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini, hərbi-texniki əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının rusiyalı həmsədri Konstantin Biryulini qəbul edib…

 

Ermənistanın baş naziri Tiqran Sarkisyan noyabrın 28-də İrəvanda Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini, hərbi-texniki əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının rusiyalı həmsədri Konstantin Biryulini qəbul edib.

 

APA-nın məlumatına görə, bu barədə “NEWS.am” saytına Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

 

“İrəvan Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığına xüsusi önəm verir və onun dərinləşdirilməsində maraqlıdır”, deyə baş nazir bəyan edib və ikitərəfli hərbi-texniki təmasların inkişafına Biryulinin şəxsi töhvəsini yüksək qiymətləndirib.

 

Biryulin, öz növbəsində qeyd edib ki, Rusiya Ermənistanla hərbi-texniki sahənin müxtəlif istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olaraq, onun inkişaf etdirilməsi yolunda addımlar atır./Apa/