Nümayişçilərin polisə müqavimət göstərdiyi, daş atdığı bildirilir…
Nümayişçilərin polisə müqavimət göstərdiyi, daş atdığı bildirilir.
Gümrüdə polis və etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 12 nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardın göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.
Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.
21:56
Ermənistanın Gümrüdəki 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakovun bir ailənin 6 üzvünü gülləməsi bu ölkədə əməlli-başlı qalmaqal səbəb olub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, hadisəyə etiraz əlaməti olaraq Gümrü şəhərində aksiya keçirilir. Etirazçılar Gümrüdəki Rusiya konsulluğunu mühasirəyə alıblar. Nümayişçilər polisə müqavimət göstərdiyi, daş atdığı bildirilir.
Mitinq iştirakçıları tələb edir ki, qati Rusiyada yox, Ermənistanda mühakimə ediləlidir. Etirazçılar Ermənistan rəhbərliyi və bu ölkənin baş prokuroru Gevork Kostanyandan siyasi iradə nümayiş etdirməyi tələ edirlər. Bu arada Ermənistanın baş prokurorunun Gümrüdəki prokurorluq binasında olduğu məlum olub. Aksiya iştirakçıları tələb edib ki, baş prokurorun ruslarla danışmağa və onları nəyisə anlatmağa cəsarəti çatmırsa, o zaman istefa verməlidir.
Polislərin isə aksiya iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə etdiyi bildirilib. Amma bu vasitələrin konkret nə olduğu hələlik məlum deyil.