Ermənistanda ruslar küçəyə çıxmağa qorxurlar

Rusiyaya aid ümumtəhsil məktəbi bağlanıb…

Rusiyaya aid ümumtəhsil məktəbi bağlanıb.

Rusiyalı hərbçi Permyakovun altı nəfərdən ibarət erməni ailəsini amansızlıqla qətlə yetirməsindən irəli gələn etirazlar, Gümrüdəki gərginlik və Rusiya əleyhinə əhval-ruhiyyənin yüksəlməsi ilə əlaqədar, bu şəhərdəki 102-ci rus hərbi bazasının komandanlığı öz hərbçilərinə gümrülülərin gözünə görünməməyi tapşırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Çorrord işxanutyun” qəzeti məlumat yayıb.

Sərəncama əsasən, Gümrüdə xidmət edən ailəli hərbi qulluqçulara öz evlərində gecələmək, Gümrüdə tək yaşayan subaylara isə yerli əhali tərəfindən təcavüzlə qarşılaşmamaq üçün evlərində gecələmək tapşırılır.

Hərbi qulluqçulara şəhəri gəzmək, kafe və digər istirahət yerlərinə getmək qadağan edilib. Rusiyanın Gümrüdəki konsulluğunun himayəsi altında fəaliyyət göstərən rus ümumtəhsil məktəbi qeyri-müəyyən müddətə bağlanılıb. Bu günlərdə küçələrdə, hətta rus məhəlləsinin küçələrində rus uşaqlarının oynadığını görmək mümkün deyil.

“Bizim məlumatlarımıza görə, hərbi qulluqçuların arvadları hətta bazarlıq etmək üçün evdən çıxmırlar, onlar bu iş üçün ermənıi dostlarına müraciət edirlər”, – deyə, qəzet yazır.

www.oxu.az