İstintaq davam etdirilir…
İstintaq davam etdirilir.
Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdiyi digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun geniş kollegiya iclasında hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Onun sözlərinə görə, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.