Ermənistanın müdafiə naziri: Azərbaycan ordusu güclüdür

“Biz anlamalıyıq ki, belə hadisələr vaxtaşırı təkrarlanır”…

“Biz anlamalıyıq ki, belə hadisələr vaxtaşırı təkrarlanır”.

Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün İrəvanda parlamentdə çıxışında ordularının Azərbaycan ordusu ilə müqayisədə zəif olduğunu bildirib. 

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Ohanyan Azərbaycan ordusunun imkanlarının xeyli yüksək olduğunu deyib: 

“Düşmən periodik olaraq yeni silahlar alır və texnikasını yeniləşdirir”. 

Ermənistan ordusunun Azərbacanın işğal olunmuş ərazilərində Azərbaycan ordusu ilə üzbəüz dayandığını da etiraf edən erməni nazir son günlərdə baş vermiş bəzi toqquşmalardan da danışıb: 

“Biz anlamalıyıq ki, belə hadisələr vaxtaşırı təkrarlanır. Düşmənlə bağlı çətinliklərimiz var, çünki onlarla üzbəüz dayanmışıq”.

www.oxu.az